Ölkə üzrə yeni rekord - Cəmil Əliyev 13 saat fasiləsiz üzdü
İdman
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində üzgüçülükdə yeni rekord əldə edilib.
News24.az xəbər verir ki, Quba sakini Cəmil Əliyev növbəti dəfə ölkə üzrə rekord nəticəyə imza atıb.
O, müvafiq qaydalara uyğun şəkildə 13 saat fasiləsiz üzərək əvvəlki rekordunu yeniləyib.
Qeyd edək ki, Cəmil Əliyev bundan öncə 10 saat fasiləsiz üzərək ölkə üzrə rekord nəticəyə imza atmışdır. // Qafqazinfo