Onlar “Sabah”la oynamaq üçün Bakıya gələcəklər

Onlar “Sabah”la oynamaq üçün Bakıya gələcəklər İdman

Azərbaycan təmsilçisi “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri bəlli olub.

News24.az xəbər verir ki, keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi “Barselona”, Almaniyanın “Borussiya” (Dortmund), İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klublarını qəbul edəcək.

Təmsilçimizin səfərdəki rəqibləri isə İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” həmçinin Norveçin “Vikinq” komandaları olacaq.

Xatırladaq ki, komandamız ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu 5:2 (ümumi hesab 6:4) hesabı ilə məğlub edərək qitənin ən möhtəşəm turnirinin liqa mərhələsinə vəsiqə qazanıb.