Orkun Kökçü Türkiyə millisindən çıxarıldı
İdman
Orkun Kökçü zədə səbəbindən Türkiyə milli futbol komandasının heyətindən çıxarılıb.
News24.az xəbər verir ki, futbolçunun müalicəsini klubunda davam etdirməsinə qərar verilib.
Türkiyə Futbol Federasiyasının məlumatına görə, Kökçünün barmağındakı ağrılar İtaliya ilə oyundan sonra artıb.
Bu səbəbdən onun milli komandanın qarşıdakı oyunlarında iştirak etməyəcəyi bildirilib.