Osimhenin qolu sındı
İdman
“Qalatasaray” Çempionlar Liqasından kənarlaşdığı oyundan sonra komanda ilə bağlı daha bir pis xəbər yayılıb.
News24.az xəbər verir ki, “Liverpul”a 0:4 hesabı ilə uduzan İstanbul klubunun hücumçusu Viktor Osimhenin zədələndiyini açıqlayıb. Müayinələr zamanı futbolçunun sağ qolunda sınıq olduğu müəyyən edilib və qoluna gips qoyulub. Onun əməliyyat olunub-olunmayacağı yaxın günlərdə bəlli olacaq.
Komanda yoldaşı Noa Lanqın isə oyunda aldığı zədə səbəbilə sağ əl baş barmağından əməliyyat olunacağı bildirilib.