Oyunda insident: Azarkeşlər təcili yardımı meydançaya itələdi

Oyunda insident: Azarkeşlər təcili yardımı meydançaya itələdi İdman

Rumıniyanın ikinci liqasında keçirilən qarşılaşma zamanı ciddi insident qeydə alınıb.

News24.az xəbər verir ki, “Voluntari” ilə “Bihor Oradea” arasında baş tutan oyunda müdafiəçi Aleksandru Gitin ağır zədə alıb. Hadisə rəqib futbolçu Razvan Gunienin kobud müdaxiləsindən sonra baş verib.

Güclü yağış səbəbindən meydançanın su ilə dolması vəziyyəti daha da çətinləşdirib. Zədə alan oyunçuya kömək üçün meydana daxil olan təcili yardım maşını palçığa batıb. Futbolçular və azarkeşlər birgə hərəkət edərək avtomobili itələyib və onun hadisə yerinə çatmasına kömək göstəriblər.

Zədənin ciddi olduğu bildirilir.