"Oyunun heç-heçə bitməsi bizim üçün yaxşı nəticədir" - ÇSKA-nın baş məşqçisi

"Oyunun heç-heçə bitməsi bizim üçün yaxşı nəticədir" - ÇSKA-nın baş məşqçisi İdman

"Bizim üçün çox vacib oyun idi. Futbolçular meydanda özlərini çox yaxşı göstərdilər. İnanıram ki, cavab görüşündə də eyni performansı davam etdirəcəklər. Komandamız bu oyundan qələbə ilə ayrılmaq istəyirdi".

News24.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının ll təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - ÇSKA oyunundan sonra Sofiya təmsilçisinin baş məşqçisi Xristo Yane deyib.

Baş məşqçi bildirib ki, hər bir rəqibə hörmətlə yanaşırlar: "Futbolda hər zaman hər şey istədiyimiz kimi olmur. Qarşımıza qoyduğumuz əsas məqsəd mərhələni keçməkdir və bunun üçün növbəti oyunda qələbə qazanmağa çalışacağıq.

Hər oyuna fərdi şəkildə hazırlaşır, rəqiblərimizi də buna uyğun təhlil edirik. Bu görüşdə bəzi futbolçuların müəyyən problemləri var idi. Məhz buna görə də böyük riskə getmək istəmədik. Cavab oyununa daha yaxşı hazırlaşıb, daha uğurlu nəticə əldə etməyə çalışacağıq.

"Qarabağ" çox güclü komandadır və heyətində yüksək səviyyəli futbolçular çıxış edir. Oyunun fərqli ssenaridə keçəcəyini gözləyirdik. Hazırkı heç-heçə nəticəsi bizim üçün kifayət qədər yaxşı hesab oluna bilər.

İkinci hissədə futbolçularıma daha ehtiyatlı oynamağı, müdafiədə daha intizamlı olmağı tapşırdım.

Biz bura qələbə qazanmaq məqsədi ilə gəlmişdik və bunun üçün əlimizdən gələni edəcəyik".