Portuqaliya millisində gözlənilməz qərar: Ronaldo heyətə çağırılmadı

 Portuqaliya millisində gözlənilməz qərar: Ronaldo heyətə çağırılmadı İdman

Başlıq:Portuqaliya milli futbol komandası növbəti yoldaşlıq oyunları üçün heyətini açıqlayıb.

News24.az xəbər verir ki, lakin məşhur futbolçu Kriştiano Ronaldo siyahıya daxil edilməyib.

Komandanın baş məşqçisi Roberto Martines qarşıdakı oyunlar üçün fərqli heyət seçib.

Portuqaliya yığması 29 martda Meksika, 1 apreldə isə ABŞ ilə oynayacaq. Bu oyunlar hazırlıq xarakteri daşıyır.

Hazırda "Əl-Nəsr" klubunda çıxış edən 41 yaşlı futbolçunun heyətə çağırılmaması gözlənilməz qərar kimi qiymətləndirilir.