Portuqaliya millisinin baş məşqçisi Ronaldoya görə tənqid edildi

Portuqaliya millisinin baş məşqçisi Ronaldoya görə tənqid edildi İdman

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez Dünya Kubokunda komandasının Konqo Demokratik Respublikası ilə heç-heçə nəticəsindən sonra tənqid hədəfinə çevrilib.

News24.az xəbər verir ki, səbəb Martinezin oyunda təsirsiz görünən kapitan Kriştiano Ronaldonu əvəz etməməsi olub. Keçmiş irlandiyalı futbolçu Toni Kaskarino məşqçini Ronaldoya həddən artıq loyal davranmaqda ittiham edib.

Onun sözlərinə görə, Martinez komandanın maraqlarından çox ulduz futbolçu ilə münasibətlərini qorumağa çalışır.