Premyer Liqa: "Sabah" "Zirə"ni böyük hesabla məğlub etdi
İdman
Misli Premyer Liqasının IV turunda "Sabah" "Zirə"yə böyük hesabla qalib gəlib.
News24.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.
Qolları Velko Simiç (7), Coy Lens Mikels (13-p, 30, 57) və Kristian Nvaçukvu (51) vurublar.
"Sabah" 9 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik "Zirə" ikincidir.
Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" isə "Kəpəz"i (4:1) məğlub edib.