Premyer Liqa: "Turan Tovuz" mövsümün açılış oyununda qələbə qazandı
İdman
Misli Premyer Liqasında 2026/2027 mövsümünə start verilib.
News24.az xəbər verir ki, I turun açılış matçında "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Matçda yeganə qolu 35-ci dəqiqədə Enrike Silva vurub.
Qeyd edək ki, Premyer Liqada I turun digər oyunları 15, 16 və 17 avqustda keçiriləcək.