Prezident millimizi qələbə münasibətilə təbrik etdi

Prezident millimizi qələbə münasibətilə təbrik etdi İdman

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisinin Avropa çempionu olması ilə bağlı paylaşım edilib.

News24.az xəbər verir ki, paylaşımda deyilir:

“2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.

Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram

Yaşasın Azərbaycan!”

Prezident millimizi qələbə münasibətilə təbrik etdi