Prezidentdən mundial jesti - İş günü gec başlayacaq
İdman
Özbəkistan millisinin 2026-cı il Dünya Çempionatında debüt oyunu ilə bağlı ölkədə maraqlı qərar verilib.
News24.az xəbər verir ki, prezident Şavkat Mirziyoyev dövlət işçilərinin sabah işə adi vaxtdan gec başlamasına icazə verib.
Buna səbəb Özbəkistan millisinin K qrupunun ilk turunda Kolumbiya ilə keçirəcəyi matçdır. Görüş Özbəkistan vaxtı ilə səhər saat 07:00-da başlayacaq. Bu səbəbdən dövlət işçilərinin iş günü saat 10:00-dan start götürəcək.
Qeyd edək ki, Özbəkistan millisi tarixində ilk dəfə Dünya Kubokunda iştirak edir.
Komandanın K qrupundakı rəqibləri Kolumbiya, Portuqaliya və Konqo Demokratik Respublikasıdır. (Teleqraf)