Prezidentliyə namizədi ittiham etdi - 1.7 milyonluq adaya görə

Prezidentliyə namizədi ittiham etdi - 1.7 milyonluq adaya görə İdman

Londonun “Tottenhem” klubu və Braziliya milli komandasının hücumçusu Rişarlison səs-küylü skandalın mərkəzinə düşüb.

News24.az “The Touchline” nəşrinə istinadən xəbər verir ki, futbolçu Braziliya prezidentliyinə namizəd Flavio Bolsonarunu onun şəxsi adasını qanunsuz olaraq mənimsəməkdə və əlindən almaqda ittiham edib.

Məlumata görə, futbolçu adanın alınması və abadlaşdırılmasına ümumilikdə təxminən 1,7 milyon avro sərmayə qoyub. Bildirilir ki, Bolsonaru vaxtilə həmin adanı Rişarlisondan almaq istəsə də, kəskin rədd cavabı alıb. Bundan sonra ərazi şübhəli məhkəmə prosesləri vasitəsilə başqa şəxslərin nəzarətinə keçib, hücumçunun özü isə mülkiyyətsiz və heç bir pul kompensasiyası olmadan qalıb.

İndi isə Rişarlison baş verənlərin bütün təfərrüatlarını üzə çıxarmaq üçün dərhal polis təhqiqatının başlanmasını kəskin şəkildə tələb edir.

Qeyd edək ki, Flavio Bolsonaru ölkənin müxalifətçi siyasətçisi və prezidentliyə namizədidir. O, daha əvvəl də skandalların mərkəzində olub, xüsusən də çirkli pulların yuyulması ittihamları ilə yoxlanılıb.