PSJ Çempionlar Liqasının finalına yüksəldi

PSJ Çempionlar Liqasının finalına yüksəldi İdman

PSJ UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Bavariya” ilə 1:1 hesablı heç-heçə edib.

News24.az xəbər verir ki, görüşdə hesabı 3-cü dəqiqədə PSJ-nin hücumçusu Usman Dembele açıb.

Almaniya təmsilçisinin yeganə qolunu isə 90+4-cü dəqiqədə Harri Keyn vurub.

İlk oyunda da qalib gələn Paris klubu iki matçın nəticəsinə əsasən ümumi hesabda 6:5 üstün olub və turnirin finalına yüksəlib. (APA)