PSJ Fransa çempionu oldu

PSJ Fransa çempionu oldu İdman

Fransanın "Paris San-Jermen" komandası növbəti dəfə ölkə çempionu olub.

News24.az xəbər verir ki, Paris təmsilçisi səfərdə "Lans" komandasını 2:0 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib.

Komandanın qollarını gürcü futbolçu Xviça Kvaratsxelia və gənc hücumçu İbrahim Mbaye vurublar.

Baş məşqçi Luis Enrique rəhbərliyində uğurlu mövsüm keçirən komanda bununla da Fransa çempionatında növbəti kubokunu qazanıb.