PSJ onun transferindən bu qədər pul qazanmaq istəyir
İdman
PSJ rəhbərliyi hücumçu Randal Kolo Muaninin satışından təxminən 50-60 milyon avro qazanacağını gözləyir.
News24.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçuya iddialı klublar bu qiyməti çox yüksək hesab edirlər.
Bundan əvvəl mətbuatda futbolçu ilə "Mançester Yunayted", "Bavariya", "Milan" və "Çelsi"nin maraqlandığı xəbəri yayılmışdı.
Kolo Muani bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 2 qol vurub və bir məhsuldar ötürmə edib. Hücumçunun PSJ ilə əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Ağa Dadaşzadə