Püşk atıldı, "Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibi bilindi
İdman
Bu gün İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.
News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, püşk nəticəsində Azərbaycanın bu yarışdakı yeganə təmsilçisi "Qarabağ"ın potensial rəqibi müəyyənləşib.
Ağdam klubu ikinci təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə görüşəcək.
Üçüncü təsnifat mərhələsinin oyunları 5-6 avqust və 12-13 avqustda keçiriləcək.