Püşkatma qalmaqala səbəb oldu: Müdaxilə iddiası - Video
İdman
Rumıniya Kuboku üçün keçirilən püşkatma mərasimində qalmaqal yaranıb.
News24.az xəbər verir ki, topların şüşə qabın içində rahat şəkildə qarışdırılmadığını görən futbolsevərlər püşkatma prosesinə etiraz ediblər.
Püşkatma zamanı şüşə qab toplarla həddindən artıq dolu olub. Nəticədə
məsul şəxs püşkatma barabanını kifayət qədər hərəkət etdirib qarışdırmaqda çətinlik çəkib.
O, şarları qabın içindən məhdud hərəkətlərlə seçməli olub.
Püşkatmanın görüntülərini izləyən bəzi azarkeşlər barabanın tam qarışdırılmadığına əsəbiləşərək prosesin ədalətliliyini şübhə altına alıblar.
“Bu püşkatmaya müdaxilə deyil, bəs nədir?” kimi reaksiyalar veriblər.