“Qalatasaray” Çempionlar Liqasından milyonlar qazandı

“Qalatasaray” Çempionlar Liqasından milyonlar qazandı İdman

“Qalatasaray” UEFA Çempionlar Liqasındakı çıxışı ilə böyük gəlir əldə edib.

News24.az xəbər verir ki, komanda 1/8 final mərhələsində “Liverpul”a məğlub olsa da, turnirdəki iştirakına görə ciddi qazanc əldə edib.

Məlumata görə, İstanbul təmsilçisi mövsümü ümumilikdə təxminən 50 milyon avro gəlirlə başa vurub.

“Qalatasaray” qrup mərhələsində 3 qələbə, 1 heç-heçə və 4 məğlubiyyətlə çıxış edib və turniri ən çox qazanan komandalar arasında 22-ci sırada tamamlayıb.