“Qalatasaray” evdə vacib xal itirdi
İdman
Türkiyə Super Liqasında XXIX tur çərçivəsində “Qalatasaray” doğma meydanda “Kocaelispor”u qəbul edib.
News24.az xəbər verir ki, başabaş mübarizə şəklində keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bununla da “sarı-qırmızılar” evdə vacib xal itiriblər.
Qeyd edək ki, turnir cədvəlinə 68 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbaxça” isə 66 xalla ikinci pillədə qərarlaşıb.