“Qalatasaray” Noa Lanqın transferindən imtina etdi

“Qalatasaray” Noa Lanqın transferindən imtina etdi İdman

“Qalatasaray” Noa Lanqla bağlı yekun qərarını verib.

News24.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün ortasında “Napoli”dən icarəyə götürdüyü futbolçunun transfer hüququnu almaq üçün tələb olunan 30 milyon avronu ödəmək niyyətində deyil. Klubun bu keçidlə bağlı yay transfer pəncərəsində də danışıqları davam etdirməyi planlaşdırmadığı bildirilir.

Məlumata görə, Lanqla Türkiyənin daha iki klubu maraqlanır. Lakin futbolçunun yalnız “Qalatasaray”da çıxış etmək istədiyi qeyd olunur.