“Qalatasaray” prezident seçkilərinin tarixini açıqladı

“Qalatasaray” prezident seçkilərinin tarixini açıqladı İdman

"Qalatasaray" klubu növbəti prezident seçkilərinin keçiriləcəyi tarixi rəsmən elan edib.

News24.az xəbər verir ki, klubun yaydığı məlumata görə, seçki iclası 16 may 2026-cı il tarixində, saat 11:00-da (Azərbaycan vaxtı ilə) Qalatasaray Liseyinin Tevfik Fikrət zalında baş tutacaq.

Nizamnaməyə əsasən, ilk iclasda kvorum (yetərsay) təmin olunmazsa, seçkilərin ikinci turu 23 may 2026-cı il tarixində, eyni məkanda və eyni saatda təşkil ediləcək.

Qeyd olunub ki, seçki prosesi ilə bağlı qərar klubun idarə heyətinin iclasında qəbul edilib və prosedur nizamnamə tələblərinə uyğun şəkildə həyata keçiriləcək.