Qalatasaray"ın futbolçusuna edilən hücumun səbəbi məlum oldu
İdman
“Qalatasaray”ın futbolçusu Lukas Torreyraya edilən hücumunun detalları açıqlanıb.
News24.az xəbər verir ki, hadisəni törədən 32 yaşlı şəxs uruqvaylı futbolçuya zərbə endirəndən sonra taksi ilə qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb.
Məlumata görə, saxlanılan şəxs Torreyrayla münasibətdə olduğunu qadına görə hücum edibmiş. O öz ifadəsində bildirib ki, sosial media vasitəsilə tanış olduğu qadının Torreyrayla əlaqəsi olduğunu düşünüb. Bu səbəbdən də futbolçunu izləyib və onun olduğu ticarət mərkəzinə gedib.