"Qalatasaray"ın qapıçısına Avropadan böyük maraq
İdman
"Liverpul"un "Qalatasaray" üzərində 4:0 qələbə qazandığı oyunda sarı-qırmızıların qapıçısı Uğurcan Çakır yaxşı çıxış edib.
News24.az xəbər verir ki, onun oyunu Avropa klublarının diqqətini çəkib.
Məlumata görə, "Nyukasl Yunayted" və "Aston Villa" qapıçını transfer etmək istəyir.
Uğurcan bu mövsüm uğurlu oyun göstərir və komandasının əsas futbolçularından biridir.