"Qalatasaray"ın ulduzu ən böyük arzusunu açıqladı
İdman
"Qalatasaray" komandasının ulduz futbolçusu İlkay Gündoğan klubun sosial media hesabında yayımlanan “4 sual – 4 cavab” videosunda diqqətçəkən açıqlamalar verib.
News24.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi futbol oynamağa başladığı vaxt ən böyük arzusunun bir gün "Qalatasaray" formasını geyinmək olduğunu deyib.
Təcrübəli futbolçu qeyd edib ki, UEFA Çempionlar Liqası finalında qələbə qazanmaq onun üçün böyük qürur olub. O, "Mançester Siti" ilə qazandığı Çempionlar Liqası titulunun İstanbulda əldə olunmasının xüsusi məna daşıdığını bildirib.
Gündoğan həmçinin Əli Sami Yen stadionunda ilk dəfə meydana çıxmağın özü və ailəsi üçün çox xüsusi və qürurverici an olduğunu vurğulayıb.
Nilufər