“Qalatasaray”ın ÇL-də rəqibləri BƏLLİ OLDU

“Qalatasaray”ın ÇL-də rəqibləri BƏLLİ OLDU İdman

Türkiyə Super Liqasının çempionu olan “Qalatasaray”ın UEFA Çempionlar Liqasındakı potensial rəqibləri bəlli olub.

News24.az-ın məlumatına görə, İtaliyanın “Komo” klubunun Çempionlar Liqasına vəsiqə qazanması “Qalatasaray”ın üçüncü səbətdə yerini dəqiqləşdirib. Bu isə İstanbul klubuna əlavə 350 min avro gəlir qazandıracaq.

Birinci səbətdə “Qalatasaray”ın mümkün rəqibləri arasında Paris Sen-Jermen, Barselona, Bavariya Münhen, Real Madrid, Liverpul, İnter, Mançester Siti, Arsenal, Atletiko Madrid yer alır.

İkinci səbətdə Borussiya Dortmund, Roma, Sporting Lissabon, Aston Villa, Porto, Mançester Yunayted, Klub Brüj, Real Betis, PSV Eyndhoven kimi komandalar sıralanıb.

Üçüncü səbətdə isə “Qalatasaray”la birlikdə Feyenoord, Lill, Napoli, RB Leyptsiq, Villarreal və Şaxtyor Donetsk komandalarının adıq qeyd edilib.

Dördüncü səbətə gəlincə, bu sırada Srvena Zvezda, Dinamo Zaqreb, Slaviya Praqa, Slovan Bratislava, Ştutqart, Lech Poznan, AEK Afina, Komo və Linz-in adı yer alıb.

Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasında ümumilikdə 53,5 milyon avro gəlir əldə edən “Qalatasaray”ın bu mövsüm də təxminən 50 milyon avro qazanacağı gözlənilir.