“Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
İdman
“Qarabağ” Qurban Qurbanovun intizamsızlığa görə əvəzedici heyətə göndərdiyi Elvin Cəfərquliyevi satmaq istəyir.
News24.az xəbər verir ki, bu barədə onun agenti Tural Əsgərov məlumat verib.
O bildirib ki, E.Cəfərquliyevin Ağdam klubundan ayrılmaq ehtimalı böyükdür: “Qarabağ” onun transferə çıxarılmasına razılıq verdi və biz bu barədə başqa klublarla danışıqlar aparırıq. Amma hazırda razılaşdığı və ya anlaşdığı heç bir klub yoxdur. Əgər hər hansısa klubla razılığa gəlsək, “Qarabağ”la da transfer məbləğində anlaşsaq, bu keçid baş tutacaq”. (Qafqazinfo)