“Qarabağ” “Sabah”ı təbrik etdi
İdman
“Qarabağ” “Sabah”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
News24.az xəbər verir ki, Ağdam klubu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilib: “Qarabağ” FK “Sabah” FK-nı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edir, Avropa arenasında növbəti oyunlarında uğurlar arzulayır”.
Xatırladaq ki, “Sabah” İsrailin “Hapoel” (Beer-Şeva) komandasını üstələyərək ÇL-də Liqa mərhələsinə vəsiqə qazanıb.