“Qarabağ” ÇSKA ilə qarşılaşa bilər

“Qarabağ” ÇSKA ilə qarşılaşa bilər İdman

“Qarabağ”ın Avstriyada keçiriləcək təlim-məşq toplanışı zamanı rəqiblərindən biri müəyyənləşib.

News24.az xəbər verir ki, bu, Bolqarıstanın ÇSKA (Sofiya) komandası olacaq. Oyun iyunun 27-də keçiriləcək. Lakin klubun rəsmi saytında qeyd edildiyi kimi, bu matç baş tutmaya bilər.

Çünki Sofiya klubu Avropa Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasında “Qarabağ”ın potensial rəqiblərindəndir.

Qeyd edək ki, “Qarabağ” da hələlik qarşıdakı təlim-məşq toplanışı üçün rəqiblərini açıqlamayıb.