Qarabağ”a çempionluq yolunda ağır zərbə

Qarabağ”a çempionluq yolunda ağır zərbə İdman

Misli Premyer Liqasında 25-ci tur davam edir.

News24.az xəbər verir ki, 3-cü oyun günündə “Kəpəz” “Qarabağ”ı qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bu komandalar arasında 1-ci dövrədəki oyunda "Qarabağ", 2-ci dövrədəki matçında isə "Kəpəz" qələbə qazanmışdı.

Bu məğlbuiyyət "Qarabağ" üçün çempionluq mübarizəsində ağır zərbə olub. Ağdam təmsilçisinin hazırda lider "Sabah"la arasında 10 xal fərq yaranıb. Ancaq "Qarabağ"ın ehtiyatda bir oyunu da qalır