“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması İdman

"Qarabağ" ötən gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" ilə ilk oyununda zədlənən futbolçusu Elvin Cəfərquliyevin durumu haqda açıqlama yayıb.

News24.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin vəziyyəti hələ dəqiq müəyyənləşməyib. O, MRT müayinəsi olunacaq.

Klub müayinədən sonra futbolçunun durumu haqda daha dəqiq məlumat yayacağını bildirib.

Qeyd edək ki, sözügedən görüşdə Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.