"Qarabağ" Bədavi ilə bağlı qərarını verdi
İdman
“Qarabağ” Futbol Klubu futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
News24.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, klub Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalayıb.
“Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandamızın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandamızın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub. O, komandamızla 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib”, - deyə məlumatda qeyd edilib.