"Qarabağ" Buntiç və Ramazanovla yollarını ayırdı
İdman
"Qarabağ" Fabian Buntiç və Amin Ramazanovla yolları ayırıb.
Bu barədə News24.az-a Ağdam klubunun mətbuat xidmətindən bildirilib.
Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Amin Ramazanovun isə müddəti başa çatan müqaviləsi yenilənməyib.