"Qarabağ" - "Sabah" qarşılaşmasında hesab yenidən bərabərləşdi - YENİLƏNDİ 3
İdman
Bu gün Bizon Azərbaycan Kubokunda yarımfinal oyunu olan "Qarabağ" - "Sabah" qarşılaşması başlayıb.
News24.az xəbər verir ki, Ağdam təmsilçisi titul sahibi “Sabah”ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir.
Prinsipial qarşılaşma Rauf Cabarova həvalə olunub.
Qeyd edək ki, Qeyd edək ki, tərəflər arasında cavab görüşləri 21-22 aprel tarixlərində keçiriləcək.
20:00
Azərbaycan Kubokunda yarımfinal oyunu olan "Qarabağ" - "Sabah" qarşılaşmasında hesab açılıb.
News24.az xəbər verir ki, hesabı 22-ci dəqiqədə "Sabah" futbol klubunun 7 nömrəli oyunçusu Umaralı Roxmanaliyev açıb.
Qeyd edək ki, Ağdam təmsilçisi titul sahibi “Sabah”ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir.
20:27
Azərbaycan Kubokunda yarımfinal oyunu olan "Qarabağ" - "Sabah" qarşılaşmasında hesab bərabərləşib.
News24.az xəbər verir ki, hesabı 28-ci dəqiqədə "Qarabağ"ın yarımmüdafiəçisi, 20 nömrəli futbolçu Kadi Borges bərabərləşdirib.
Qeyd edək ki, Ağdam təmsilçisi titul sahibi “Sabah”ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir.
20:30
Azərbaycan Kubokunda yarımfinal oyunu olan "Qarabağ" - "Sabah" qarşılaşmasında Ağdam təmsilçisi önə keçib.
News24.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi, 20 nömrəli futbolçu Kadi Borges növbəti qolun müəllifi olaraq komandasını önə keçirib.
Qeyd edək ki, Ağdam təmsilçisi titul sahibi “Sabah”ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir.
21:22
Azərbaycan Kubokunda yarımfinal oyunu olan "Qarabağ" - "Sabah" qarşılaşmasında hesablar yenidən bərabərləşərək 2:2 olub.
News24.az xəbər verir ki, Masazır təmsilçinin futbolçusu Umarali Raxmonaliyev penalti qolu ilə hesabı bərabərləşdirib.
Qeyd edək ki, Ağdam təmsilçisi titul sahibi “Sabah”ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir.