"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdığını açıqladı
İdman
"Qarabağ" klubu Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırıb.
News24.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub.
İcarə əsasında "köhlən atlar"da çıxış edən Sami Mmae isə məxsus olduğu "Dinamo"ya (Xorvatiya) geri qayıdıb.