“Qarabağ”ın baş məşqçisi: “Hər cür şəraitdə cəsur olmaq lazımdır”
İdman
"Mən hər zaman kartlarımı açıq oynamışam".
News24.az xəbər verir ki, bu sözləri "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov "Qarabağ" - "Ferentsvaroş" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunundan sonra olan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, oyundan öncə oyunçularıma soyuqqanlı və mübarizəni dayandırmamağı demişəm: "Hər cür şəraitdə cəsur olmaq lazımdır.
Gələcək liqanın oyunlarının harada keçiriləcəyi barədə hələdə qərar qəbul edilməyib. Çünki Çempionlar Liqasının xüsusi qaydaları var".