"Qarabağ"ın keçmiş rəqibi baş məşqçisini dəyişdirir
İdman
"Qarabağ"ın keçmiş rəqibi "Çelsi" baş məşqçi postu üçün Xabi Alonso ilə danışıqlara başlayıb.
News24.az-ın məlumatına görə, London klubu ispaniyalı mütəxəssisi əsas namizəd hesab edir və müqaviləni iyun ayının ortalarına qədər bağlamaq istəyir.
Bununla yanaşı, “Çelsi”nin namizədləri arasında Andoni İraola, Oliver Qlasner və Marko Silva da var.
Qeyd edək ki, Xabi Alonso daha əvvəl "Bayer Leverkuzen"də uğurlu nəticələr əldə edib, sonra isə "Real Madrid"də çalışıb.