Qarabağın keçmiş rəqibinə ağır zərbə: Uzun müddət oynaya bilməyəcək

Qarabağın keçmiş rəqibinə ağır zərbə: Uzun müddət oynaya bilməyəcək İdman

İngiltərənin "Liverpul" klubu mövsümün ən kritik mərhələsində ciddi itki ilə üzləşib.

News24.az xəbər verir ki, komandanın dəyişməz qapıçısı Alisson Bekker ağır zədə səbəbindən uzun müddət meydanlardan uzaq qalacaq.

Məşqçi Arne Slot mətbuata verdiyi açıqlamada braziliyalı qolkiperin vəziyyətinin ciddi olduğunu etiraf edib. Slot bildirib ki, Alissonun bu mövsüm yenidən yaşıl meydanlara qayıdıb-qayıtmayacağı hazırda böyük sual altındadır. Bu, "mersisaydlılar"ın həm daxili birincilikdə, həm də Avropa səhnəsindəki planlarını alt-üst edib.

Zədə səbəbindən Alisson Çempionlar Liqasının dörddəbir final mərhələsində "Paris Sen-Jermen" (PSJ) ilə keçiriləcək hər iki qarşılaşmanı buraxacaq. Bundan əlavə, təcrübəli qapıçı İngiltərə Kubokunda "Mançester Siti" ilə baş tutacaq prinsipial matçda da komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Alisson Bekker vaxtilə "Roma"nın heyətində Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirilən oyunlarda da iştirak edib və Azərbaycan azarkeşlərinə yaxından tanışdır.