"Qarabağ"ın növbəti rəqibləridə müəyyənləşdi

"Qarabağ"ın növbəti rəqibləridə müəyyənləşdi İdman

"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

News24.az xəbər verir ki, "köhlən atlar" turnirin II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasını məğlub etsə, "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"a uduzsa, UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Avropa Liqasında bu raundun matçları 6 və 13 avqusta təsadüf edəcək.