"Qarabağ"ın proqramında dəyişiklik edildi
İdman
"Qarabağ" komandasının Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib.
Bu barədə News24.az-a Ağdam təmsilçisindən məlumat verilib.
Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.
"Köhlən-atlar" iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG "Tirol" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.
Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq "Qarabağ" hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın "Xarkov" komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin