"Qarabağ"la matç Gəncə klubuna baha başa gəldi – 6500 manatlıq cəza
İdman
AFFA-nın İntizam Komitəsi Misli Premyer Liqasının XXV turunda baş verən qayda pozuntuları ilə bağlı növbəti iclasını keçirib və "Kəpəz" klubuna qarşı sanksiya tətbiq edib.
News24.az xəbər verir ki, 2026-cı il martın 20-də baş tutan "Kəpəz" – "Qarabağ" matçından həm əvvəl, həm də sonra meydana kənar şəxslərin daxil olması protokolda qeyd olunub. Bu hal cari mövsüm ərzində Gəncə təmsilçisi tərəfindən artıq üçüncü dəfə təkrarlandığı üçün klub ciddi maliyyə cəriməsi ilə üzləşib.
İntizam Komitəsinin qərarına əsasən, "Kəpəz" komandası ümumilikdə 6500 manat məbləğində cərimələnib. Klub rəhbərliyinə azarkeşlərin və kənar şəxslərin meydançaya girişinin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırılıb.