“Qarabağ”ın futbolçusunun durumu bəlli oldu

“Qarabağ”ın futbolçusunun durumu bəlli oldu İdman

“Qarabağ”ın zədəli futbolçusu Renaldo Sefasın durumu müəyyənləşib.

Bu barədə News24.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 26 yaşlı yarımüddafiəçi MRT müayinəsindən keçib. Müayinənin nəticələrində əhəmiyyətli dəyişikliklər aşkarlanmayıb.

Qeyd olunub ki, o, 3-4 gün ərzində tibbi və məşqçi heyətinin nəzarəti altında məşq edəcək.

Xatırladaq ki, Renaldo Sefas Yamayka millisinin heyətində zədələnib. O, KONKAKAF Millətlər Liqasında Hondurasla ev matçında sıradan çıxıb.