"Qarabağ”ın keçmiş futbolçusu Caba Dvali vəfat etdi

"Qarabağ”ın keçmiş futbolçusu Caba Dvali vəfat etdi İdman

“Qarabağ”ın sabiq hücumçusu Caba Dvali 42 yaşında vəfat edib.

News24.az-ın məlumatına görə, futbolçunun ölüm səbəbi ürək tutması olub.

Dvali karyerası ərzində Gürcüstanın “Dinamo Tbilisi” və “Zestafoni” klublarında çıxış edib. O, 2014-cü ildə “Qarabağ”a transfer olunub və Azərbaycan klubunun heyətində 5 oyunda meydana çıxıb.