“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı İdman


“Qarabağ” Futbol Klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev işindən ayrılıb.

News24.az xəbər verir ki, bu barədə klub paylaşım edib.

Bildirilib ki, o öz istəyi ilə bu qərarı verib.

Qeyd olunub ki, 2023-cü ilin sentyabrından bu vəzifədə çalışan A.Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğu, 1 dəfə ölkə kubokunu qazanıb.