“Qarabağ”ın üçüncü transferi hansı klubdan və kim olacaq?
İdman
Növbəti mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” heyətinə Portuqaliyadan daha bir legioner qatacaq.
News24.az xəbər verir ki, bu haqda sözügedən ölkənin mediası iddai irəli sürüb.
Bu, “Portominense”nin yarımmüdafiəçisi Samuel Qomeş Lobatodur.
Məlumata görə, 24 yaşlı portuqaliyalı ilə bütün məsələlərdə razılıq əldə olunub. Onunla danışıqlar artıq son mərhələdədir. Futbolçunun yaxın günlərdə ölkəmizə gələcəyi bildirilir.
Samuel Lobato “Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duranla eyni vaxtda “Portominense”də oynayıb.
Onun hazırda “Portominense” ilə müqaviləsi davam edir. “Transfermarket”in qiymətləndirməsinə görə Lobatonun dəyəri 300 min avrodur.
“Qarabağ” ötən günlərdə 2 yeni transfer edib. Bunlar qabonlu hücumçu Zakaria Savo ("Aris") və fransalı vinger Jali Muaddibdir (“Omoniya” Aradippou)./Sportinfo.az/