“Qarabağ”–“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanıldı

“Qarabağ”–“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanıldı İdman

“Qarabağ”–“Neftçi” futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. 

News24.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür.