"Qəbələ" səfərdə "Şəfa"nı üstələdi
İdman
Azərbaycan Premyer Liqasının 12-ci turunda daha bir görüş keçirilib.
News24.az xəbər verir ki, "Qəbələ" səfərdə "Şəfa" ilə üz-üzə gəlib.
"SOCAR Polymer Arena"da təşkil olunan qarşılaşmada Qəbələ təmsilçisi 0:2 hesablı qələbə qazanıb.
Bölgə təmsilçisinin heyətində 59-cu dəqiqədə Şahin Şahniyarov, 90+2-ci dəqiqədə isə Meşak Uboçioma fərqləniblər.
Bu nəticədən sonra "Qəbələ" 11 xalla 9-cu pillədə qərarlaşıb. 5 xala malik "Şəfa" isə 11-ci yerdədir.
Xatırladaq ki, turun ilk oyun günündə "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"a (5:1), "Turan Tovuz" isə "Şamaxı"ya (2:0) qalib gəlib. Tura noyabrın 22-də yekun vurulacaq.