"Qəbələ" baş məşqçi ilə yollarını ayırdı
İdman
“Qəbələ” İK baş məşqçi Kaxaber Tsxadadze ilə yollarını ayırıb.
News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub Kaxaber Tsxadadzeyə komandadakı fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Qəbələ" köməkçi məşqçi Georgi Çixradze ilə də yollar ayrılıb.