"Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir

 "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir İdman

Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulacaq.

News24.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək.

"İmişli" "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 15:30-da start götürəcək. Meydan sahibləri 19 xalla 11-ci, qonaqlar 23 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci oyununda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Görüş Tovuz şəhər stadionunda, saat 18:00-da başlayacaq. Tovuz klubu 49 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 32 xalla yeddinci sıradadır.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.