Qızıl medal qazandı, sonra üzr istədi

 Qızıl medal qazandı, sonra üzr istədi İdman

“Tottenhem”in icarə əsasında Belçikanın “Vesterlo” klubunda çıxış edən Yang Min-hyok Cənubi Koreya millisinin Asiya Oyunlarında qazandığı qızıl medaldan sonra açıqlamaları ilə ölkəsində tənqidlərə məruz qalıb.

News24.az xəbər verir ki, 20 yaşlı futbolçu finalda Yaponiyaya qarşı keçirilən oyunda (1:0) qələbə qolunu vuran Eom Ci-sunun məhsuldar ötürməsini edib.

Cənubi Koreyada kişilər 18-21 ay müddətində hərbi xidmət keçməlidirlər. Lakin Asiya Oyunlarında qızıl medal və ya Olimpiadada istənilən medal qazanan idmançılar hərbi xidmətdən azad edilirlər. Bu güzəştdən 2018-ci ildə “Tottenhem”in sabiq kapitanı Son Hın-min də yararlanıb.


Yang turnirdə qızıl medal qazanmağın əhəmiyyəti və hərbi xidmətdən azad olunmaqla bağlı suala cavabında bunun hərbi xidmətdən azad olunmaq olduğunu bildirib. Onun sözləri ölkədə geniş narazılığa səbəb olub və futbolçunun milli komandanın qazandığı uğurun əhəmiyyətini kiçiltməsi kimi qiymətləndirilib.

Yang daha sonra sosial şəbəkə hesabında açıqlama yayaraq sözlərinə görə üzr istəyib.